Azərbaycan - Avropa üçün strateji tərəfdaş, Asiya bazarına açılan təhlükəsiz qapı
Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Enerji sahəsində əməkdaşlıq bu tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da güclənib. Eyni zamanda ölkəmiz bərpa olunan enerji sahəsində də yeni təşəbbüslərlə çıxış edərək Avropaya “yaşıl enerji” ixracını genişləndirməyi hədəfləyir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Avropa İttifaqı arasında son illər münasibətlərin yaxınlaşmasının əsası baş verən beynəlxalq siyasi münasibətlər sistemində, Cənubi Qafqazda yaranan geosiyasi sabitlik fonunda bu əlaqələr inkişaf edir:
"Cənubi Qafqaz və Xəzər hövzəsindən asılı məhz Azərbaycan, Avropa İttifaqı Azərbaycanla yaxınlaşma siyasəti aparır. Təbii ki, burada Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolu da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə TANAP TAP layihələri ilə Avropaya qaz ixracı həyata keçirir. Demək olar ki, Cənub Şərq hissəsini, həmçinin Avropa İttifaqının axırı bəzi ölkələri, həm də Almaniyada Azərbaycandan qaz almağı planlaşdırır. Demək olar ki, Mərkəzi Asiya və Azərbaycandan Avropa enerji təhlükəsizliyi üçün burada neft, qazın ixracı gələcəkdə də, davam etməsi Avropa üçün əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa Əməkdaşlığı arasında siyasi əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb və qarşılıqlı etimad formalaşmasına gətirib çıxarıb və getdikcə müxtəlif sahələri əhatə edəcək".
Reyhan Quliyeva