00:00:00
Yazar
Aysel Mirzəyeva
16.03.2026 19:56 23 2 dəq oxuma
Siyasət

"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - ŞƏRH

"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - ŞƏRH

Azərbaycan təzyiq altında olan regionda sabitlik adası kimi Avropa İttifaqının xüsusi diqqətinə layiqdir. Bizim qarşılıqlı əməkdaşlıq əlaqələrimiz inkişaf edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, tərəflər arasında münasibətlər təkcə neft-qazla bitmir:


“Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdə müəyyən yaxınlaşma müşahidə olunur. Xüsusilə Qarabağ müharibəsi dövründə Avropa ölkələrinin və ümumilikdə Avropa İttifaqının Azərbaycana açıq dəstəyi o qədər də hiss olunmur. Həmin dövrdə Avropa strukturlarında Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirilir, hətta bəzi dairələr Azərbaycanın öz torpaqlarını deyil, guya Ermənistan  ərazisini geri almağa çalışdığı barədə fikirlər irəli sürürdülər. Bu yanaşma son 30 il ərzində Azərbaycan ilə bəzi Avropa institutları arasında müəyyən gərginliklərin yaranmasına səbəb olub. Təbii ki, bu mövqe bütün Avropa ölkələrinə şamil edilmir, lakin Avropa İttifaqı daxilində belə fikirlərin formalaşdığı müşahidə olunur. Buna müxtəlif lobbi qruplarının təsiri də qeyd edilirdi. Məhz bu səbəbdən bəzi beynəlxalq platformalarda Azərbaycan nümayəndə heyəti etiraz mövqeyi də sərgiləyib”.

 

Həmçinin ekspert onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropa üçün vacib enerji tərəfdaşına çevrilib:

 

“Lakin son illərdə vəziyyət müəyyən qədər dəyişməyə başlayıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı Azərbaycanın enerji sahəsində roluna daha çox önəm verməyə başlayıb. Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında mühüm tərəfdaşlardan biri kimi qiymətləndirilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Eyni zamanda Azərbaycan bir sıra Avropa ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq enerji, yaşıl enerji layihələri, kənd təsərrüfatı, innovasiya, startap layihələri, süni intellekt və digər texnoloji sahələri də əhatə edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti nəticəsində bir çox Avropa ölkələri ilə siyasi və iqtisadi münasibətlər daha da inkişaf edir və tərəflər arasında əməkdaşlığın gələcəkdə də genişlənəcəyi gözlənilir”.


Arzu Poladova

#mühüm #rol #"azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər