00:00:00
Yazar
Zəhra Həsənova
29.09.2026 22:15 14 2 dəq oxuma
Siyasət

Xamenei hədələdi - “İran tezliklə oranı da təmizləyəcək”

Xamenei hədələdi - “İran tezliklə oranı da təmizləyəcək”

İran tezliklə Ərəbistan dənizini də düşmən qüvvələrindən (ABŞ) təmizləyəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, İran tərəfi çox yaxşı fərqindədir ki, bu müharibə danışıqlarla yekunlaşmayacaq və müharibənin daha iri miqyaslı, daha geniş əhatəli mərhələsi irəlidədir:

 

“ABŞ noyabrda keçiriləcək aralıq seçkilərə qədər vaxt qazanmaq istəyir. Bunun fərqində olan İran tərəfi də indi daha çox ultimativ çıxışlar etməklə ABŞ tərəfini həm provokasiyaya çəkir, həm də ABŞ gəlmədiyi təqdirdə bu kimi bəyanatları ilə əslində daxildə Tramp üçün, yəni seçki kampaniyası mərhələsində problem yaradır. Heç şübhəsiz ki, Ərəbistan dənizi İran üçün ən zəif bölgələrindən biridir”.

 

Politoloqun sözlərinə görə, Çabahar limanı da bu bölgədədir və İrana qarşı mümkün quru əməliyyatlarının hədəflərindən biri kimi bu bölgə qeyd olunur:

 

“İranın bu istiqamətdə Amerikanın donanmasının cəmləşməsinə və yaxud bu regionda artıq mövcud olan Amerika donanmasına qarşı əks-həmləyə keçməsi gözləniləndir. Amma mən düşünmürəm ki, yeni dini lider təyin olunduqdan sonra nə səs yazısı, nə də üz görüntüsü nümayiş olunan dini liderin bu bəyanatı real bir yeni müharibə səhnəsi yaratsın. Bu, əslində, psixoloji savaş elementidir və Trampın açıqlamalarına balanslaşdırılmış, adekvat cavabdır. Amma bütün hallarda tərəflər çox yaxşı fərqindədir ki, bu mərhələ danışıqlarla bitməyəcək və qarşıda iri miqyaslı hərbi əməliyyatların baş verməsi qaçılmazdır”.

 

Selcan Xudiyeva

#xamenei #“i̇ran #azərbaycan #oranı #təmizləyəcək”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər