00:00:00
Yazar
Zəhra Həsənova
19.05.2026 22:11 54 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Çin ticarətində artımın əsas səbəbi nədir?

Azərbaycan-Çin ticarətində artımın əsas səbəbi nədir?

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 6,1 faiz artaraq 1,5 milyard dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,7 faiz təşkil edib.


Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Çin ticarət dövriyyəsinin artması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndiyini göstərmir:


“İlk növbədə həmin ticarət statistikası iki ölkə arasındakı bu əməkdaşlığın artması viza rejiminin aradan qaldırılmasından sonra daha da genişlənməyə başladı. Çünki daha əvvəlki illərdə müəyyən məhdud məhsullar var idi ki, ancaq onun ticarət edilirdi. Azərbaycandan Çinə neft və neft məhsulları ilə bağlı məhsullar ixrac olunurdu. Çindən Azərbaycan isə əsasən tekstil sənayesi idi. Lakin bugünkü günümüzdə isə tamamilə fərqlidir. Mağaza vitinlərində digər çeşid məhsullarda da Çin məhsullarını biz görə bilirik. Bu da onu deməyə əsas verir ki, viza rejiminin aradan qaldırılması ticarət dövriyyəsinin artmasına bir növ şərait yaratdı. Ölkənin vətəndaşlarına görə tələbat dəyişir. Azərbaycan əsasən son zamanlarda Çindən texnologiya ilə bağlı məhsullar idxal edir. Çin də eyni zamanda, neft kimya sənayesi ilə bağlı məhsulları idxal edir”.

Nuray Əliyeva

#baki #nədir? #gündəm #ticarətində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər