00:00:00
Yazar
Elmira Ağayeva
17.06.2026 21:14 25 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan ilə Çad Respublikası arasında ticarət və investisiya əməkdaşlığı müzakirə edilib

Azərbaycan ilə Çad Respublikası arasında ticarət və investisiya əməkdaşlığı müzakirə edilib

 

Azərbaycan və Çad arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Görüş iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Çadın dövlət naziri Tahir Hamid Nguilin arasında İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində baş tutub.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə münasibətləri son zamanlarda geniş şəkildə inkişaf edib:

 

“Ölkəmizin münasibətləri yüksələn xətlə inkişaf edir və Çad da bu ölkələr içərisində xüsusi əhəmiyyət kəsb eləyir. Azərbaycan və Çadın arasındakı münasibətlərin normal şəkildə inkişaf etdirilməsi, ölkələr arasında iqtisadi münasibətlərin dirçəldilməsi üçün gözəl şərait var. Enerji sahəsində əməkdaşlıq mümkündür. Eyni zamanda, Afrika ölkələri Azərbaycanda olan innovativ yenilikləri də öyrənirlər. Məsələn, "ASAN xidmət" layihəsi artıq bəzi Afrika ölkələrində tətbiq olunub və digər ölkələr də bu təcrübədən istifadə edə bilərlər. Azərbaycanın özünəməxsus şəhərsalma xüsusiyyətləri var. Yəni bilirsiniz ki, işğaldan azad edilmiş bölgələrdə şəhərsalma tədbirləri həyata keçirilir. Afrika ölkələri məhz yeni şəhərlərin və kəndlərin salınmasında Azərbaycan təcrübəsindən geniş şəkildə istifadə edə bilərlər.

Yəni ümumilikdə, Azərbaycan hazırda geniş şəhərsalma tədbirləri həyata keçirir.Bu, əlbəttə ki, Afrika ölkələrində geniş şəkildə tətbiq oluna bilər”.


Mələk Hüseynova

#Azərbaycan #Çad
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər