00:00:00
Yazar
Hüseynova Mələk
24.06.2026 19:01 25 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Energetika naziri Pərviz Şahbazovla İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

“İnformator.az” "Report"a istinadən xəbər verir ki, görüşdə dostluğa və yüksək siyasi dialoqa əsaslanan Azərbaycan-İordaniya münasibətlərinin enerji əməkdaşlığının inkişafı üçün zəmin yaratdığı vurğulanıb. 

 

Hər iki ölkənin enerji istehsalı-ixracı və təminatı ilə bağlı vəziyyəti nəzərdən keçirilib.

Neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycan və İordaniyanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə İşçi qrupunun yaradılmasının vacibliyi qeyd olunub.

Görüş zamanı qlobal enerji bazarlarında vəziyyətə dair fikir mübadiləsi də aparılıb.

#İordaniya #Azərbaycan #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər