00:00:00
Yazar
Zəri Bayramlı
27.05.2026 19:45 24 2 dəq oxuma
Siyasət

"Azərbaycan-İran münasibətlərində etimad güclənir"-ŞƏRH

"Azərbaycan-İran münasibətlərində etimad güclənir"-ŞƏRH

Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.Bu fikri Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.İran İslam Respublikasının Prezidenti isə ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman İranla münasibətlərin normal olmasına çalışıb:

 

 

"Azərbaycan mehriban qonşuluq münasibətlərinin formalaşması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirib və bütün imkanlarını bu istiqamətə yönəldib. Təəssüf ki, zaman-zaman İran tərəfindən bununla bağlı  qarşılıq görülməyib. Bununla belə, son iki ilə yaxın müddətdə tərəflər arasında etimad mühiti kifayət qədər inkişaf edib. Xüsusilə, yeni seçilən Prezident Məsud Pezeşkianın dönəmində münasibətlərdə ciddi irəliləyişlər qeydə alınıb və Pezeşkian artıq iki dəfə Azərbaycana səfər edib. Dövlət başçıları və rəsmi şəxslər arasında dəfələrlə telefon danışıqları baş tutub, qarşılıqlı səfərlər reallaşıb, birgə layihələr həyata keçirilib. Son proseslər fonunda da Azərbaycan İranın ərazi bütövlüyünü dəstəkləyib, bu çətin dövrdə İrana humanitar yardım göstərən iki ölkədən biri olub. Bu addım Azərbaycanın etibarlı qonşu və tərəfdaş mövqeyini bir daha nümayiş etdirir. Rəsmi Bakı İranla münasibətlərin normal tənzimlənməsində maraqlıdır. Çünki bu ölkədə 40 milyondan artıq soydaşımız yaşayır və bura həm də onların vətənidir. Azərbaycan İrandakı bütün məsələlərin dinc və siyasi danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. İki ölkə arasında etimad mühitinin yüksəlməsi həm hər iki dövlətin maraqlarına cavab verir, həm də Cənubi Qafqazda, eləcə də Yaxın və Orta Şərqdə sabitliyə və əməkdaşlıq formatına ciddi töhfə verə bilər”.

 

Günel Əlili

#münasibətlərində #xəbər #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər