00:00:00
Yazar
Ayan Sədi
01.05.2026 15:21 94 1 dəq oxuma
Mədəniyyət

Azərbaycan İstanbulda fərqləndi

Azərbaycan İstanbulda fərqləndi

Azərbaycan "Beynəlxalq folklor rəqs və musiqi festivalı"nda təmsil olunub. Ağdam Dövlət Dram Teatrının gənc aktyoru Anar Əhmədin çıxışı anşlaqla qarşılanıb. Bədii qiraətçi Anar Əhməd festivalda görkəmli şair Bəxtiyar Vahabzadənin "Azərbaycan - Türkiyə " və " Bayraq " şeirlərini "Dalğalanan bayraq " kompazisiyası ilə nümayiş etdirib. 

 

"Qan bahasına ucalan bayrağımızı dünya səviyyəli festivalda dalğalandırmaq, Azərbaycan mədəniyyətini layiqincə təmsil etmək və Qarabağımızdan salamlar çatdırmaq mənim üçün şərəfdir. Azərbaycan mədəniyyətinə xidmət etdiyim üçün qürur duyuram!".

 

"Evora Sanat Spor Kulübü" Dərnəyinin təşkilatçılığı və Tuzla Bələdiyyəsinin dəstəyi ilə İstanbulda baş tutan festivalda  Rusiya, Şimali Osetiya, Qırğızıstan, Kabarda-Balkariya, Azərbaycan və Türkiyə dövlətlərinin nümayəndələri iştirak edib. Ağdam Dövlət Dram Teatrının aktyoru Anar Əhməd festivalda uğurlu çıxışlarına görə "Təşəkkür bəlgəsi " ilə təltif olunub.

 

 

#baki #yeni #gündəm #i̇stanbulda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər