00:00:00
Yazar
Güllər Gülhüseynova
14.03.2026 09:28 26 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları və ya 3,3 % artaraq 109,1 ABŞ dolları təşkil edib.

 

"İnformator.az" xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 103,47 ABŞ dolları təşkil edib.

 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,61 ABŞ dolları və ya 3,6 % artaraq 105,24 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

#dolları #neftinin #109 #azərbaycan #qiyməti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər