00:00:00
Yazar
Aise Mustafayeva
24.09.2026 14:19 18 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

 

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

Neftin qiymətində son günlər müşahidə olunan artım dünya enerji bazarında diqqət çəkir. Bu yüksəlişin səbəbləri və Azərbaycan iqtisadiyyatına mümkün təsirləri maraq doğurur.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki,neft qiymətinin 117 dolları keçməsi və əvvəlki ilin büdcə proqnozlarından xeyli yüksək olması Azərbaycan iqtisadiyyatı üçün, xüsusilə də dövlət büdcəsinə töhfəsi baxımından, müsbət qiymətləndirilir:

 

"Neft qiymətlərinin gözlənilən proqnozdan belə yüksək olması milli valyutanın dayanıqlılığının qorunmasında mühüm rol oynayacaq. Məlumdur ki, ABŞ dollarının zəifləməsi və ümumiyyətlə, dollar üzərində təzyiqlərin olması xarici ticarət əməliyyatlarına təsirsiz ötüşmür. Bu baxımdan, neft qiymətlərinin yüksək olması milli valyutanın qorunması, həmçinin inflyasiyanın sürətinin aşağı salınması baxımından xüsusi əhəmiyyət daşıyır".

 

Günay Hüseynova qeyd edir ki,neft qiymətinin yüksək səviyyədə qalması sadəcə hazırda qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması ilə əlaqədardır. Xüsusilə də Hörmüz boğazı ətrafında baş verən proseslər Azərbaycan neftinin qiymətini yüksəldir. Eyni zamanda, digər Avropa ölkələri ilə ticarət əməkdaşlığımız və ixracın həcminin artması gəlirlərin birbaşa artmasına təsir göstərib.

 

İqtisadçının fikrincə,Hörmüz boğazı ətrafında baş verən proseslər uzunmüddətli olarsa, Azərbaycan neftinin qiymətinin artması da uzunmüddətli olacaq. Bu, Azərbaycan iqtisadiyyatında müəyyən dəyişikliklərə səbəb ola bilər. Dövlət büdcəsinin artması sosial-iqtisadi xərclərin artmasına da şərait yaradır.

 

Həmidə Cəbrayılova

#keçib #baki #yeni #117
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər