00:00:00
Yazar
Ayşən Səlimova
17.03.2026 13:24 67 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan ötən il xalis maliyyə öhdəliklərini 0,4 milyard dollar artırıb

Azərbaycan ötən il xalis maliyyə öhdəliklərini 0,4 milyard dollar artırıb

2025-ci ildə Azərbaycanın xalis maliyyə öhdəlikləri 398,9 milyon ABŞ dolları artıb. Halbuki, 2024-cü ildə xalis maliyyə öhdəlikləri 2 milyard 293,5 milyon ABŞ dolları azalmışdı.

 

"İnformator.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 

İllik artım ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 6 milyard 595,3 milyon ABŞ dolları artması (6,4 % az), cəlb olunmuş investisiyaların repatriasiyasının 6 milyard 671,5 milyon ABŞ dolları azalması (8,3 % az), neft bonusunun 450,4 milyon ABŞ dolları artması (1,6 % az), portfel investisiyalarının 28,1 milyon ABŞ dolları azalması (34,2 dəfə az), digər investisiyaların isə 52,8 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 1 milyard 563,9 milyon ABŞ dolları azalıb) hesabına təmin edilib.

#yeni #maliyyə #0 #4 #ötən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər