00:00:00
Yazar
Nərmin Həşimova
28.04.2026 21:25 17 2 dəq oxuma
İqtisadiyyat

“Azərbaycan regional enerji bazarında mövqeyini gücləndirir”- Ekspertdən AÇIQLAMA

“Azərbaycan regional enerji bazarında mövqeyini gücləndirir”- Ekspertdən AÇIQLAMA

Azərbaycanda son illər enerji siyasətinin əsas prioritet istiqamətlərindən biri bərpa olunan enerji mənbələrinin genişləndirilməsidir. Prezident İlham Əliyevin Azərbaycan-Çexiya biznes forumunda qeyd etdiyi kimi, ölkəmiz günəş, külək və hidroenerji potensialına malikdir və bu sahədə artıq irimiqyaslı layihələr icra olunur. Rəsmi planlara əsasən, 2032-ci ilə qədər Azərbaycanda 8 giqavat bərpa olunan enerji istehsalı hədəflənir. Bu da imzalanan müqavilələr və investisiya layihələri ilə də təsdiqlənir. Bu istiqamətdə görülən işlər ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji eksperti Sadiq Həsənov bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalı sahəsində sürətlə iri layihələr həyata keçirir:


“Ölkənin iqlim dəyişmələri üzrə beynəlxalq öhdəliklərinə əsasən, ümumi elektrik enerjisinin 30 faizə qədərinin alternativ mənbələrdən istehsalı nəzərdə tutulur. Bu istiqamətdə həm ətraf mühitə təsirin azaldılması, həm də enerji sektorunun modernləşdirilməsi məqsədilə geniş investisiyalar yatırılır və layihələr ardıcıl şəkildə icra olunur. Qobustanda 230 meqavat gücündə iki böyük günəş elektrik stansiyası quraşdırılıb. Eyni zamanda, Bakı-Abşeron-Xızı bölgəsində külək və günəş panellərinin istifadəyə verildiyi yeni stansiya fəaliyyətə başlayıb. Bundan əlavə, Biləsuvarda 440 meqavat gücündə günəş elektrik stansiyasının qurulması istiqamətində işlər davam etdirilir.Bu proses nəticəsində həm karbondioksid və metan emissiyalarının azalması təmin olunur, həm də ümumi ekoloji tarazlığa müsbət təsir göstərilir. Qaz və neftdən qənaət edilən resursların ixrac imkanları artır və bu da ölkəyə əlavə iqtisadi gəlir qazandırır. Eyni zamanda, Azərbaycan regional enerji bazarında mövqeyini daha da gücləndirir. Həyata keçirilən bu layihələr ölkənin həm enerji keçidi, həm də yaşıl iqtisadiyyat istiqamətində strateji addımlar atdığını göstərir”.


Mehriban Yariyeva

#enerji #elektrik #resurs #iqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər