00:00:00
Yazar
Güllər Gülhüseynova
04.09.2026 18:26 90 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya) yeni qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişinin razılaşdırılması üzrə danışıqları İstanbulda başa çatdırıblar.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki,Azərbaycan və Serbiya arasında qaz-elektrik stansiyası üzrə birgə müəssisənin yaradılması iki ölkənin enerji əməkdaşlığını sadəcə qaz ticarəti çərçivəsindən çıxararaq elektrik enerjisi istehsalı və enerji infrastrukturu sahəsinə genişləndirə bilər:

 

“Bu, Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyində daha uzunmüddətli və strateji tərəfdaş kimi mövqeyini gücləndirə bilər. Eyni zamanda Azərbaycanın qaz resurslarının Avropanın enerji bazarlarında daha geniş şəkildə monetizasiya (məhsuldan və ya imkandan pul gəliri əldə etmək, onu gəlir gətirən) aktivə çevirmək deməkdir. olunması baxımından da əhəmiyyətlidir. Belə bir layihə Azərbaycanın enerji şirkətləri üçün xarici bazarda yeni investisiya imkanları yarada, kapital və texnologiya ixracını stimullaşdıra bilər. Əgər stansiyada Azərbaycan qazından istifadə olunarsa, bu, təbii qazın yalnız xammal kimi satılması ilə müqayisədə əlavə dəyərin yaradılmasına imkan verər. Yəni qaz elektrik enerjisinə çevrilərək daha yüksək əlavə dəyər yaradan məhsula çevrilə bilər”.

 

Akif Nəsirli həmçinin bunu da qeyd edib ki, digər mühüm üstünlük Azərbaycan şirkətlərinin Serbiya və ümumilikdə Balkanların enerji bazarında mövqelərini gücləndirməsidir:

 

“Layihə uğurlu olarsa, gələcəkdə digər enerji və infrastruktur layihələrinə də yol aça bilər. Bununla yanaşı, Azərbaycanın enerji ixracını şaxələndirməsi, xarici ölkələrdə gəlir gətirən aktivlər əldə etməsi və enerji sektorunda regional təsir imkanlarını artırması baxımından da müsbət nəticə verə bilər. Lakin layihənin iqtisadi səmərəliliyi stansiyanın gücü, maliyyələşmə şərtləri, qazın qiyməti, istehsal olunacaq elektrik enerjisinin satış imkanları və Azərbaycanın layihədə iştirak payından asılı olacaq. Ona görə də əsas məsələ təkcə stansiyanın yaradılması deyil, onun kommersiya baxımından dayanıqlı və uzunmüddətli gəlir gətirən layihəyə çevrilməsidir”.

 

Güllər Gülhüseynova

 

#gündəm #üzrə #serbiya #müəssisənin #razılaşdırıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər