00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 21:40 20 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Türkiyə: Yeni iqtisadi gündəm

Azərbaycan-Türkiyə: Yeni iqtisadi gündəm

Azərbaycan və Türkiyə arasında biznes tərəfdaşlığının təşviqi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, bu tip görüşlər hər hansı regionda iqtisadi güc balansına birbaşa təsir göstərmir:

 

“Bu, Azərbaycan İqtisadiyyat Nazirliyinin keçirdiyi işgüzar görüşdür. Bu cür qurumların irəli sürdüyü layihələr daha çox həmin institutun prioritetlərinə uyğun şəkildə dəyərləndirilir. Layihələr qurumun baxışına uyğun gəlirsə qəbul edilir, uyğun gəlmirsə, qəbul edilmir. Bəzən bu yanaşma ümumi iqtisadi maraqlarla tam üst-üstə düşməyə də bilər. Çünki bu tip qərarların verilməsində hər zaman daha geniş iqtisadi qiymətləndirmə aparmaq üçün yetərli mexanizmlər, səriştə və ya səlahiyyət çərçivəsi olmaya bilər”.


Günel Əlili

#baki #iqtisadi #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər