00:00:00
Yazar
Banuçiçək Məmmədova
20.04.2026 16:55 24 1 dəq oxuma
Araşdırma

Azərbaycan və Laos arasında əməkdaşlıq perspektivi müzakirə edilib - YENİLƏNİB

Azərbaycan və Laos arasında əməkdaşlıq perspektivi müzakirə edilib - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thonqsavan Fomvihan ilə görüşüb.

 

Bu barədə "İnformator "a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi məmnunluqla xatırlanıb. 

İki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb. Bu çərçivədə, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb. 

Laos naziri təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu çərçivədə Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının yaradıldığını bildirib. 

Tərəflər həmçinin Yaxın Şərqdə vəziyyətdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

#müzakirə #xəbər #perspektivi #yeni̇ləni̇b
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər