00:00:00
Yazar
Elmira Ağayeva
31.07.2026 21:48 35 1 dəq oxuma
Araşdırma

"Azərbaycan və Vatikan beynəlxalq platformalarda ortaq təşəbbüslər irəli sürə bilər"-ŞƏRH

"Azərbaycan və Vatikan beynəlxalq platformalarda ortaq təşəbbüslər irəli sürə bilər"-ŞƏRH

Müqəddəs Roma Kilsəsinin rəsmisi Azərbaycanla əməkdaşlığın inkişafı üçün yeni imkanların yarandığını bildirib. O, iki tərəf arasında münasibətlərin daha da genişlənəcəyinə ümid etdiyini qeyd edib.


Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Müqəddəs Roma Kilsəsinin rəsmisinin bu açıqlaması Azərbaycan ilə Vatikan arasında son illərdə formalaşmış qarşılıqlı etimadın və konstruktiv dialoqun davamı kimi qiymətləndirilə bilər:


“Azərbaycan uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən ölkə kimi tanınır. Bu istiqamətdə həyata keçirdiyi siyasət Vatikandan da müsbət qarşılanır. Belə bəyanatlar göstərir ki, tərəflər mövcud əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq və yeni layihələr həyata keçirmək niyyətindədirlər. Xüsusilə humanitar diplomatiya, dini və mədəni irsin qorunması, eləcə də beynəlxalq platformalarda ortaq təşəbbüslər bu münasibətlərin əsas dayaqlarından biri olaraq qalır.Vatikan dünya katoliklərinin mənəvi mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlərdə mühüm diplomatik nüfuza malik subyektdir. Azərbaycanın müxtəlif dini icmaların dinc yanaşı yaşadığı ölkə modeli və Vatikanın qlobal humanitar təşəbbüsləri bu sahələrdə tərəfdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaradır”.


Nuray Əliyeva

#Azərbaycan #Vatikan #İtaliya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər