00:00:00
Yazar
Səadət Əlizadə
29.04.2026 20:48 18 1 dəq oxuma
Sosial

Azərbaycanda gömrük dəyəri manatla bəyan ediləcək: yeni dəyişikliklər gündəmdə

Azərbaycanda gömrük dəyəri manatla bəyan ediləcək: yeni dəyişikliklər gündəmdə

Azərbaycanda idxal və ixrac proseslərinə təsir edəcək mühüm dəyişiklik təklif olunur. Milli Məclis-də müzakirəyə çıxarılacaq layihəyə əsasən, malların gömrük dəyərinin bundan sonra milli valyuta-manatla bəyan edilməsi nəzərdə tutulur. Bu dəyişiklik Gömrük Məcəlləsi çərçivəsində təklif olunur və mayın 1-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib. 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu qərarın necə verildiyini rəsmi qurumlar əslində açıqlamalıdır:

 

“Əgər beynəlxalq statistikadan söhbət gedirsə, bu statistika əsasən dollarla aparılır. Manatla təqdim edildikdə isə rəqəmlər daha yüksək görünür. Sadəcə rəqəmlərin böyük görünməsi üçün belə bir yanaşma tətbiq edilirsə, bu, məntiqli hesab olunmur. Çünki sonradan həmin göstəricilər yenidən manatın məzənnəsinə uyğun olaraq dollara çevrilir və beynəlxalq statistikada öz əksini tapır. Dünyada müəyyən olunan standartlar mövcuddur və beynəlxalq ticarətlə bağlı göstəricilər, eləcə də ümumdaxili məhsul əsasən dollarla ifadə olunur. Bu dəyişikliyin nəyə xidmət etdiyini rəsmi qurumların izah etməsi daha məqsədəuyğun olar ki, onların yanaşmasını da anlaya bilək. Əks halda, bu yalnız rəqəmlərin daha böyük görünməsi effekti yaradır. Məsələn, əgər biz 20 min dollarlıq ixrac edirdiksə, bu məbləğ manatla ifadə olunanda təxminən 34 min manat kimi görünəcək və nəticədə rəqəm daha yüksək təsir bağışlayacaq”.

 

Gövhər Mehyəddinova

#yeni #manatla #gündəm #bəyan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər