00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 21:31 28 2 dəq oxuma
Sosial

Azərbaycanda hərbi xidmət: Əsgərliyə dair əsas şərtlər

Azərbaycanda hərbi xidmət: Əsgərliyə dair əsas şərtlər

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, sağlamlıq vəziyyətinə görə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verilən rəyə uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilən şəxslər hər iki halda hərbi xidmətə yararsız sayılır və tam şəkildə hərbi xidmətdən azad olunurlar:

 

"Bundan əlavə, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar da hərbi xidmətdən tamamilə azad edilirlər. Eyni qayda sonradan Azərbaycan vətəndaşlığını qəbul edən şəxslərə də şamil olunur. Belə ki, əgər həmin şəxslər əvvəl vətəndaşı olduqları ölkədə hərbi xidmət keçiblərsə, onlar da hərbi xidmətdən azad edilənlər kateqoriyasına aid edilirlər. Doktoranturada əyani şöbədə təhsil alanlara isə yalnız təhsil müddəti ərzində möhlət hüququ verilir. Lakin onlar elmi dərəcə əldə etdikdən sonra hərbi xidmətdən tam azad olunurlar".


Hərbi ekspertin sözlərinə görə, alternativ xidmətlə bağlı qərar Azərbaycanda qəbul edilsə də, onun tətbiqi üçün konkret mexanizm hələ mövcud deyil:

 

"Hazırda bu sistemin həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlarda aktiv müzakirələr aparılmır. Azərbaycanda hərbi xidmət icbari xarakter daşıyır və hər bir vətəndaşın silahlı qüvvələrdə xidmət etməsi borc hesab olunur. Bu baxımdan, xidmətə könüllü və ya qeyri-könüllü getmək məsələsi xüsusi əhəmiyyət daşımır. Çünki hərbi xidmətdən yayınmaq və ya əsassız səbəblərlə xidmətə getməmək hüquqi məsuliyyət yaradır. Bu hallar qanunvericiliyə əsasən əvvəlcə cərimə, təkrarlandıqda isə həbs cəzası ilə nəticələnə bilər".

Selcan Xudiyeva

#hərbi #azərbaycan #əsas #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər