00:00:00
Yazar
Səadət Əlizadə
27.05.2026 18:14 17 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub

Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub

Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub.
5911.21 ABŞ dollar dəyərində 1 ton 497 kiloqram çəkisi olan "bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr"dən ibarət mallar müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikası istiqamətinə yola düşüb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanla Ermənistan arasında asta addımlarla da olsa ticarət münasibətlərinin formalaşmağa başladığını söyləmək mümkündür:


“Bu isə olduqca müsbət haldır. Çünki belə əməkdaşlıq sülhün və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayır.
Artıq Azərbaycandan Ermənistana yalnız neft məhsulları deyil, tikinti materialları və digər qeyri-neft məhsullarının da ixrac olunması sevindirici xəbərdir. Bu, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyini və ixrac potensialının artdığını göstərir.
Hökumətlər arasında qarşılıqlı görüşlər keçirilib, müəyyən məhsullar üzrə tələbat və ixrac imkanları ilə bağlı siyahılar hazırlanıb. Düşünürəm ki, əldə olunan razılaşmalar nəticəsində gələcəkdə ticarət əlaqələrinin daha da genişləndiyini görə bilərik. Xüsusilə, Azərbaycanın qeyri-neft sektoruna aid məhsulların ixrac qabiliyyətinin artması müsbət və ümidverici məqamdır”.


Səadət Əlizadə

#ixrac #yeni #baki #istehsal #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər