00:00:00
Yazar
Aysel Mirzəyeva
19.02.2026 15:10 5 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda macəra və halal turizm üzrə 4 dövlət standartı layihəsi qəbul edilib

Azərbaycanda macəra və halal turizm üzrə 4 dövlət standartı layihəsi qəbul edilib

Azərbaycanda macəra turizmi və halal turizm xidmətlərinə dair 4 dövlət standart layihəsi qəbul edilib.


"İnformator.az" xəbər verir ki, layihələr Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) iclasında qəbul edilib.

 

İclasda AZSTAND əməkdaşları ilə yanaşı, Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak ediblər.

 

Sonda Texniki Komitənin qarşıdakı fəaliyyəti ilə bağlı müvafiq müzakirələr aparılıb.

#edilib #yeni #halal #macəra #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər