00:00:00
Yazar
Aysel Mirzəyeva
15.04.2026 18:42 42 2 dəq oxuma
Araşdırma

Azərbaycanda sənədsiz evlərə su çəkilişi olacaqmı?

Azərbaycanda sənədsiz evlərə su çəkilişi olacaqmı?

Son dövrlərdə ölkədə sənədsiz yaşayış evlərinin statusu və onlara kommunal xidmətlərin (xüsusilə su təchizatı) göstərilib-göstərilməməsi yenidən gündəmə gəlib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, sənədsiz evlərlə bağlı qərar sosial narazılıq yaradır:

 

“2024-cü ilin payızında Nazirlər Kabineti tərəfindən sənədsiz və təyinatı üzrə tikilməyən obyektlərə kommunikasiya xətlərinin verilməməsi ilə bağlı qərar qəbul olunmuşdu. Lakin son dövrlərdə bəzi parlament üzvləri, o cümlədən Razi Nurullayev bu məsələ ilə bağlı çıxış edərək mövcud vəziyyətin cəmiyyətdə ayrı-seçkilik yaratdığını bildirirlər. Qeyd olunur ki, bir çox vətəndaş evlərini tikərkən bu məhdudiyyətlər qüvvədə olmayıb və hazırda xeyli sayda insan bu vəziyyətdən əziyyət çəkir. Son bir ayda müəyyən güzəştlərin tətbiqi ilə bağlı müzakirələr aparılsa da, hökumətin qanunsuz tikililərə münasibəti hələ də tam aydın deyil. Xüsusilə kommunikasiya xətləri, kanalizasiya sistemləri və kollektorların üzərində inşa edilmiş evlərin sənədləşdirilməsi və mümkün kompensasiya məsələləri açıq qalır. Məlumatlara görə, təkcə kanalizasiya xətləri üzərində 1600-dən çox ev tikilib. Ekspertlər vurğulayırlar ki, əgər bu evlərə vaxtilə abonent kodu verilibsə, bu, onların müəyyən dərəcədə dövlət tərəfindən tanındığını göstərir və belə hallarda kompensasiya məsələsinə baxılması zəruridir. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. İlkin sənədlər əsasında siyahıların genişləndirilməsi nəticəsində son bir il ərzində qanunsuz tikililərin sayının təxminən 100 min azalacağı gözlənilir. Ümumilikdə isə ölkə üzrə sənədsiz evlərin sayının 500-600 min civarında olduğu ehtimal olunur”.

 

Arzu Poladova

#baki #evlərə #azərbaycan #azərbaycanda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər