00:00:00
Yazar
Aysel Mirzəyeva
04.05.2026 21:47 25 1 dəq oxuma
İqtisadiyyat

“Azərbaycandan həddən artıq daha çox qaz istəyirlər” - ŞƏRH

“Azərbaycandan həddən artıq daha çox qaz istəyirlər” - ŞƏRH

2027-ci ildən sonra Azərbaycan qazının Yunanıstan və Şimali Makedoniya arasındakı interkonnektor vasitəsilə Serbiyaya çatdırılması mümkün olacaq.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan doğrudan da çoxşaxəli ixrac modelinə keçməyə çalışır:

 

“Bizdə əsas problem odur ki, qazın həcmi hələ ki, azdır. Yəni hasilatımız o qədər çox deyil, amma istəyən ölkələrin sayı kifayət qədərdir. Bu gün Azərbaycandan həddən artıq ölkələr daha çox qaz almaq istəyir. Sadəcə bu, bir neçə ildən sonra mümkün olacaq. Vaxt lazımdır ki, Azərbaycan daha yüksək hasilat və ixrac rəqəmlərinə çatsın. Yeni marşrutların açılması isə hər zaman müsbət haldır. Alternativ yollar Azərbaycanın qaz təchizatında çevik model formalaşdırmasına imkan yaradır. Yeni ölkələrə qaz satışı həmin dövlətlərlə strateji münasibətlərin möhkəmlənməsinə də səbəb olur. Çünki bu gün dünyada əsas məsələlərdən biri enerji təhlükəsizliyi və enerji asılılığının azaldılmasıdır. Azərbaycan isə bu sahədə etibarlı tərəfdaş kimi tanınır. Avropa ölkələri də bunu yaxşı anlayır və Balkan regionuna çıxış Azərbaycan üçün yeni imkanlar yaradır”.

 

Aytac İbrahimova

#“azərbaycandan #gündəm #çox #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər