00:00:00
Yazar
Səadət Əlizadə
12.03.2026 21:11 15 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycandan neft idxalı yanacağı ucuzlaşdırıb - Baş Nazir Nikol Paşinyan

Azərbaycandan neft idxalı yanacağı ucuzlaşdırıb - Baş Nazir Nikol Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycandan neft idxalı ölkədə yanacaq bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub. Onun sözlərinə görə, bu addım eyni zamanda bazardakı monopoliyaların zəifləməsinə də təsir göstərib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Paşinyanın demək istədiyi budur ki, əvvəllər Azərbaycan yanacaq ixrac etməyəndə Ermənistan yalnız bir ölkədən və bir mənbədən asılı idi:

 


“Benzin əsasən tək mənbədən gətirildiyi üçün bazarda rəqabət mühiti yox idi və buna görə də, qiymətlər daha yüksək idi. Azərbaycandan dizel yanacağı və Aİ-95 markalı benzinin idxalına başlanması isə Ermənistanda müəyyən qədər rəqabətli mühit formalaşdırıb. Nəticədə, qiymətlərin aşağı düşməsi müşahidə olunur. Azərbaycan yanacağı digər ölkələrdən gətirilən yanacaqla müqayisədə daha ucuz başa gəlir, çünki məsafə qısa olduğuna görə logistika və nəqliyyat xərcləri daha azdır”.


Gövhər Mehyəddinova

#neft #azərbaycandan #nikol #paşinyan #idxalı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər