Prezident Ərdoğan: TRT-miz apardığımız ədalət mübarizəsinə mühüm güc qatır
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: "Yalnız qəlbində mərhəmət 'çinarı' yaşadanlar məzlumların və zərər çəkənlərin səsini eşidə, bu səsləri bütün dünyaya çatdıra bilərlər. Türkiyənin TRT-si məhz bunu edir. Bu şərəfli hekayəni yeddi qitəyə yaymaqla TRT-miz, media cəbhəsindən, apardığımız ədalət mübarizəsinə həyati dəstək verir".
Prezident Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən və beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi “TRT World Forum 2026”nın açılış sessiyasında iştirak edərək iştirakçılara müraciət edib. Akademik dairələrin, medianın və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn qonaqları salamlayan Prezident Ərdoğan forumun açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib.
Selcan Xudiyeva