00:00:00
Yazar
Səadət Əlizadə
12.03.2026 18:52 152 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın strateji hədəfi: Avropa və Asiyanı birləşdirən dəmir yolu

Azərbaycanın strateji hədəfi: Avropa və Asiyanı birləşdirən dəmir yolu

Azərbaycan Avropa və Asiya arasında yeni bir strateji marşrut yaradaraq regional əlaqələrdə öncül rol oynamağa hazırlaşır. Bakı-Naxçıvan dəmir yolu layihəsi, ölkənin nəqliyyat və ticarət imkanlarını gücləndirəcək və uzunmüddətli dayanıqlı əməkdaşlığa zəmin yaradacaq.

 


Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində politoloq Tural İrfan bildirir ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin nəticələri müsbət mənada həm ölkəmizə həm də regiona öz təsirini göstərməkdədir:

 

“Burada əsasən iqtisadi maraqların təmin olunması ilə yanaşı diplomatik münasibətlərin də inkişafı ön plandadır. Təbii ki, təhlükəsizlik və sabitlik zəminində regional inkişaf və canlanma intensivləşməkdədir. Bakı - Naxçıvan dəmir yolu xəttinin istifadəyə verilməsi gələcəkdə qonşu ölkələrlə müxtəlif sahələrdəki əlaqələri də gücləndirəcək. Avropa - Asiya ticarət məkanına çıxışın təmin olunması aidiyyəti və iştirakı olan ölkələrin də ticarət imkanlarını genişləndirəcək. Azərbaycanın Avropa və Asiya arasında yaratdığı bu marşrut həm də öz streteji üstünlüyü ilə əhəmiyyətlidir. Regional əlaqələrin bu mənada inkişafı eyni zamanda təhlükəsizliyin də təminatı deməkdir. Çünki bu marşrutdan faydalanan və istifadə edən ölkələr də regionda sabitliyin davamlı olmasında maraqlı olacaqlar”.

 

Həmçinin ekspert qeyd edir ki, bu dəmir yolu layihəsi qonşu ölkələrlə iqtisadi, ticari, tranzit və digər əlaqələrdə mühüm rol oynamaqla ilk növbədə Azərbaycanın nəqliyyat və ticarət imkanlarını gücləndirəcək, geniş əməkdaşlıq imkanları yaradacaq:


“Avropa və Asiya arasında da mühüm rola malik olacaq, yaranmaqda olan bu layihə qonşu ölkələrin də maraqları çərçivəsində davamlı müsbət münasibətlərin inkişafına səbəb olacaq”.


Ədilə Hüseynzadə

#dəmir #azərbaycan #baki #strateji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər