Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer alıb
UNESCO-nun 2026-cı il Qlobal Təhsilin Monitorinqi Hesabatında Azərbaycanın erkən uşaqlıq təhsili sahəsində əldə etdiyi mühüm irəliləyişlər xüsusi vurğulanıb. Hesabatda qeyd olunur ki, son 5 ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 25%-dən 92%-ə yüksəlib. Bu nəticə ölkədə həyata keçirilən islahatların effektivliyini bir daha göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında fəlsəfə doktoru Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, əslində, Azərbaycanın təhsil sahəsindəki bu kəskin sıçrayışı YUNESKO-nun hesabatında beynəlxalq uğur nümunəsi kimi göstərilir:
“Və bu, erkən uşaqlıq təhsili sahəsində uğur kimi dəyərləndirilir. Çünki bir qədər YUNESKO hesabatlarında erkən uşaqlıq təhsili həm məktəbəqədər təhsili eyni zamanda, həm də ibtidai sinfin ilk illərini əhatə edir. Yəni bu səkkiz yaşa qədər olan dövr deməkdir. Burada bizim bildiyimiz məktəbəqədər təhsil, yəni bağça və məktəbə hazırlıq dövrü bu adətən 3-6 yaş dövrünü əhatə edir. Yəni bütövlükdə sadəcə olaraq bu təsnifatlaşma UNESCO tərəfindən bizim bildiyimiz məktəbəqədər təhsil dövrü demək deyil. Yəni buna erkən uşaqlıq təhsili dövrü deyilir. Bu nailiyyətin arxasında nələr dayanır? Mən hesab edirəm ki, burada bir neçə faktor üzrə bu uğur şərtlənir. Bunun əsas səbəbi kimi məktəbə hazırlıq qruplarının dövlət tərəfindən icbari və ödənişsiz elan edilməsidir. Dövlət uşaqların ibtidai təhsilə adaptasiyasını aşağı asanlaşdırmaq və əlçatanlığını təmin etmək üçün beş yaşlıları hədəf alan xüsusi proqram tətbiq edibdir. Burada mən, xüsusilə dövlətin aidiyyəti qurumlarla bərabər, həm də Heydər Əliyev Fondunun və Fondun Prezidenti, Azərbaycanın birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə olan dəstəyinə xüsusi önəm vermək istəyirəm və onu xüsusi olaraq vurğulamaq istəyirəm. Yəni bütövlükdə bu qeyd etdiyim proqram məktəbəqədər təhsili hər kəs üçün əlçatan bir dövlət xidmətinə çevirməyi hədəfləmişdi “.
Reyhan Quliyeva