00:00:00
Yazar
Aysel Mirzəyeva
22.04.2026 21:26 30 1 dəq oxuma
İqtisadiyyat

“Azərbaycanın tranzit gəlirləri arta bilər” - ŞƏRH

“Azərbaycanın tranzit gəlirləri arta bilər” - ŞƏRH

Marta Kos bildirib ki, Naxçıvana dəmir yolu üçün Azərbaycanla texniki-iqtisadi əsaslandırma aparılır.


Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında deyib ki, Azərbaycan uzun illərdir beynəlxalq xab olmaq istiqamətində ciddi addımlar atır:

 

“Azərbaycan artıq həm dəniz limanını, həm dəmir yollarını, avtomobil yollarını qonşularına nisbətən daha çox inkişaf etdirib və Naxçıvana yolun açılması  istər Zəngəzur dəhlizi, istərsə də alternativ marşrutlar  ölkəni təkcə Naxçıvanla birləşdirmir. Bu, Türkiyəni Naxçıvandan keçməklə, eləcə də Avropanı Naxçıvandan keçməklə Azərbaycana, Azərbaycandan isə Orta Asiya və Çinə qədər birləşdirən yol deməkdir. Bu, Orta Dəhlizin bir hissəsi ola bilər. Təbii ki, bu reallaşandan sonra Azərbaycanın həm tranzit gəlirləri arta bilər, həm də ölkə beynəlxalq logistik mərkəzə çevrilə bilər. Bu isə iqtisadiyyatımıza mühüm dividendlər gətirər. Bunun üçün yolun açılması və təhlükəsiz, eləcə də ucuz tariflərlə işləməsi vacibdir. Çox güman ki, yol açılandan sonra bu istiqamətdə də işlər görüləcək”.


Aytac İbrahimova

#azərbaycan #şərh #xəbər #bilər”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər