00:00:00
Yazar
Zəri Bayramlı
18.05.2026 21:21 49 1 dəq oxuma
İqtisadiyyat

"Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır"-Aleksandar Vuçiç

"Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır"-Aleksandar Vuçiç

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.

 

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Serbiya ilə Azərbaycan arasında potensial olaraq energetika, turizm və kənd təsərrüfatı sahəsində müəyyən potensialın artırılması yolları var:

 

 

“Hazırda birbaşa Belqrada hava reyslərinin açılır bu da turizmin inkişafına mühüm töhfə verəcək. Bundan başqa, çox güman ki, kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı da Serbiya ilə müəyyən danışıqlar gedir. Serbiya Azərbaycandan daha çox enerji resursu almaq və digər ölkələrdən, əsasən də Rusiyadan asılılığını azaltmaq niyyətindədir. Bu yöndə yaxın zamanda münasibətlərin daha da inkişafı gözlənilir. Artıq formalaşmış bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var. Yəni, istənilən halda turizm, kənd təsərrüfatı məhsulları və energetika Azərbaycan-Serbiya münasibətlərinin ana xəttini təşkil edəcək".

 

Günel Əlili

#xəbər #baki #beş #olmalıdır"-aleksandar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər