00:00:00
Yazar
Admin User
05.09.2025 12:45 154 1 dəq oxuma
Maraqlı

"Azercell"in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

"Azercell"in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Məktəblilərimiz üç bürünc medalla vətənə dönüblər.

 

29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) azərbaycanlı məktəblilər uğurlu nəticələr əldə ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiq görülüblər. 24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış iki gün davam edib. Hər gün iştirakçılara dörd saat ərzində həll etmələri üçün üç tapşırıq təqdim olunub. Məktəblilərin C++ proqramlaşdırma dilində təqdim etdikləri həllərin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılıb.

 

Qeyd edək ki, Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq informatika və proqramlaşdırma olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 4 gümüş, 11 bürünc medal, ümumilikdə isə 6 qızıl, 32 gümüş və 66 bürünc olmaqla 104 medal qazanıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər