00:00:00
Yazar
Hüseynova Mələk
16.06.2026 18:43 21 1 dəq oxuma
İqtisadiyyat

“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək

“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək

"İnformator.az" xəbər verir ki, bu gün Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb. 


Sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.

#AzerGold #qızıl #Özbəkistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər