00:00:00
Yazar
Admin User
06.01.2026 18:10 79 1 dəq oxuma
İqtisadiyyat

“Azeri Light” neftinin qiymətində cüzi artım qeydə alınıb

“Azeri Light” neftinin qiymətində cüzi artım qeydə alınıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dollar və ya 0,72 % artaraq 66,62 ABŞ dolları təşkil edib.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, bunlar xırda artımlardır:

 

“Əsas uzunmüddətli və ciddi addımlar olarsa, onları müzakirə edə bilərik. Xırda artımlar elə normal artım kimi baxsaq kifayət edir. Ona görə Azərbaycanın büdcəsinə, gəlirlərinə də bunun ciddi təsiri yoxdur. Büdcəyə ümumiyyətlə təsiri yoxdu. Büdcə demək olar ki, verginin faizi qədər və təbii ki, “OPEC+”un qərarları neft qiymətlərinə də təsir edir. Onlar əsas neft ixracatçısı ölkələrinin böyük bir hissəsini əhatə edir. Ona görə bazarda təklifə təsir edə bilir. Bunun vasitəsilə neft qiymətlərinin təsir edə bilir. Təbii ki, “Azeri Light”ın qiymətinə təsir edir”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər