00:00:00
Yazar
Admin User
12.12.2025 17:58 124 2 dəq oxuma
İqtisadiyyat

“Azərbaycan Avropanın 14 ölkəsinə mavi qaz nəql edir”

“Azərbaycan Avropanın 14 ölkəsinə mavi qaz nəql edir”

Bu ilin yanvar - noyabr aylarında magistral qaz kəmərləri ilə 36 milyard 303,5 milyon kub-metr qaz nəql edilib.


Mövzu ilə bağlı deputat Vüqar Bayramzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı-Tblisi-Ceyhan eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan neft və mavi qazı Avropa qitəsinə çıxarır:

 

“Hazırda Azərbaycan Avropanın 14 ölkəsinə mavi qaz nəql edir. Azərbaycan Prezidentinin Slovakiyaya səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri də tərəflər arasında münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı idi. O cümlədən cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan Slovakiya və qonşularına daha çox mavi qaz nəql etmək imkanına malikdir. Cənub Qaz Dəhlizi vasitəsilə illik 21,1 milyard kubmetr mavi qazın nəql edilməsi Azərbaycanın Avropaya daha böyük həcmdə qaz çıxarmağa qadir olduğunu göstərir. Bu həcm gələcəkdə daha da artacaq. Bu fakt Azərbaycanın Avropa bazarındakı rolunun gücləndiyini və Azərbaycanın yaxın perspektivdə Avropaya daha çox mavi qaz nəql etmək niyyətində olduğunu təsdiqləyir. Azərbaycanın daxili istehlakı hazırda 13 milyard kubmetr təşkil edir və bu tələbat hasilat hesabına tam ödənilir. Bu isə o deməkdir ki, mavi qaz ixracının artırılması daxili bazara mənfi təsir göstərmir. Gələcək də Azərbaycan mavi qazı tranzit ölkə olaraq nəql etmək niyyətindədir. Xüsusilə Türkmənistana və digər Mərkəzi Asiya ölkələrinə mavi qaz potensialı böyükdür və gələcəkdə Azərbaycan ərazisindən mavi qazın tranzit olaraq nəql edilməsi bizim siyasi mövqeyimizi daha da gücləndirməklə dövlət gəlirlərimizin artmasına gətirib çıxara bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər