Azərbaycan–Böyük Britaniya ticarət dövriyyəsi 1 milyard dolları ötüb
Azərbaycanla Böyük Britaniya arasında ötən ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 1 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 62,3% artıb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bu neft-qaz avadanlığı məsələsidir:
“Bu çox böyük ehtimaldır. Böyük Britaniya BP vasitəsilə burada avadanlıqların bəzilərinin yenilənməsini həyata keçirir. Yeni avadanlıqların alınması, köhnələrin yeniləri ilə əvəz olunması ticarət dövriyyəsinə təsir edən əsas amillərdən birinə çevrilir”.
Nuray Əliyeva
