00:00:00
Yazar
Admin User
27.11.2025 16:54 120 1 dəq oxuma
İqtisadiyyat

“Azərbaycan banklarının beynəlxalq əlaqələri çox təqdirəlayiqdir”

“Azərbaycan banklarının beynəlxalq əlaqələri çox təqdirəlayiqdir”

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Koreya Banklar Federasiyası (KFB) arasında bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Məlumata görə, bu gündən başlayaraq noyabrın 28-nə qədər ABA-nın nümayəndə heyəti Koreyada səfərdə olacaq. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan banklarının beynəlxalq əlaqələri çox təqdirəlayiqdir:

 

"Belə əlaqələrin olması Azərbaycanın bank sektoruna gələcəkdə kömək ola bilər. Rəqəmsallıq nöqteyi nəzərdən Azərbaycan bankçılıq sistemi pis deyil. Hətta bir çox ölkələrdən irəlidir, amma Koreyadan daha çox şeylər öyrənmək olar. Əsəs məsələlərdən biri də ondan ibarətdir ki, Koreya banklarının birbaşa Azərbaycan bazarına daxil olmasına imkanlar və fürsətlər yaransa, bu əməkdaşlıq nəticəsində və yaxud da Koreya bankları Azərbaycanda fəaliyyət göstərən banklarda şərikliyi və ya iştirakçılıq olsa o zaman daha yaxşı olar, yəni bu həm Azərbaycanın bank sektoruna əlavə vəsaitlərin cəlb olunmasına Azərbaycan bank sektorunun daha dayanıqlı olmasına bir şərait yarada bilər".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər