00:00:00
Yazar
Admin User
22.12.2025 13:44 113 2 dəq oxuma
Mədəniyyət

Azərbaycan Budapeşt Beynəlxalq Sirk Festivalında münsiflər heyətində təmsil olunacaq

Azərbaycan Budapeşt Beynəlxalq Sirk Festivalında münsiflər heyətində təmsil olunacaq

Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunacaq. Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI festivalın beynəlxalq münsiflər heyətinin üzvü seçilib. Bu iştirak Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının genişləndiyini göstərir.

 

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyindən“İnformator.az”ın aldığı məlumata görə,  Budapeşt Beynəlxalq Sirk Festivalı dünyanın ən nüfuzlu üç sirk forumundan biridir:

 

“Azərbaycanın ilk dəfə burada münsiflər heyətində təmsil olunması ölkəmizin artıq sadəcə iştirakçı deyil, həm də bu sahədə qlobal standartları müəyyən edən ekspert statusunda qəbul edilməsidir. Bu, Azərbaycan sirk məktəbinə və mədəniyyət idarəçiliyinə olan yüksək etimadın göstəricisidir. Belə təmsilçilik sirk sənətimizin beynəlxalq miqyasda reytinqini yüksəldəcək və gələcəkdə azərbaycanlı artistlərin dünya arenalarına çıxışını asanlaşdıracaq. Azərbaycan sirk sənəti hazırda yeni inkişaf dövrünü yaşayır. Bizim qədim pəhləvanlıq və kəndirbazlıq kimi ənənələrimiz müasir sirk estetikası ilə birləşərək özünəməxsus forma alır. Hazırda dövlət vasitəsilə sirk infrastrukturunun yenilənməsi və kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Mədəniyyət Nazirliyinin bu sahəyə diqqəti sirk sənətini sadəcə əyləncə növü kimi deyil, zəngin mədəni irsimizin vacib bir komponenti kimi inkişaf etdirməyə hədəflənib. Mədəniyyət ən yaxşı diplomatiya alətlərindən biridir və sirk bu sahədə dil baryeri olmayan universal bir vasitədir. Festival çərçivəsində qurulan əlaqələr ölkələr arasında 'yumşaq güc' vasitəsilə körpülər salır. Azərbaycanın münsiflər heyətində iştirakı bizə dünya sirk elitası ilə birbaşa dialoq qurmaq, yeni müştərək layihələr və qastrol proqramları barədə razılığa gəlmək imkanı verir. Bu, ölkəmizin mədəniyyət sahəsindəki nüfuzunu beynəlxalq müstəvidə daha da möhkəmləndirir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər