Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
Azərbaycan təmsilçiləri 3-7 noyabrda Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatına qatılacaqlar.
Bu barədə "İnformator.az"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Ölkəni mundialda 8 yaş kateqoriyasında 34 idmançı (33 kişi, 1 qadın) təmsil edəcək. Veteranlardan ibarət komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.
Yarışda 67 ölkədən 2 548 cüdoçu mübarizə aparacaq.
