00:00:00
Yazar
Admin User
03.11.2025 08:26 132 1 dəq oxuma
İdman

Azərbaycan çempionatında mövsümün tamaşaçı rekordu qeydə alınıb

Azərbaycan çempionatında mövsümün tamaşaçı rekordu qeydə alınıb

 

Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.

 

“İnformator.az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib.

 

Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

 

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.

 

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər