00:00:00
Yazar
Admin User
18.12.2025 09:03 96 1 dəq oxuma
Sosial

Azərbaycan çempionunun qış fasiləsində hazırlıq planı müəyyənləşib

Azərbaycan çempionunun qış fasiləsində hazırlıq planı müəyyənləşib

Futzal üzrə Azərbaycan çempionatının son qalibi olan "Araz-Naxçıvan" klubunun qış fasiləsində hazırlıq planı müəyyənləşib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

 

O, heyətdə müəyyən dəyişikliklər olacağını da bildirib:

 

“Bu gün U-19-la Yüksək Liqanın IX turundan təxirə salınmış oyunumuz var. Daha sonra komandanı istirahətə buraxacağıq. Yanvarın 15-dən isə məşqləri bərpa edəcəyik. Yəqin ki, heyətdə müəyyən dəyişikliklər olacaq. Hazırda danışıqlar gedir. Futzalçılardan braziliyalı Karlos Bertuola ilə müqaviləni yeniləmədik. Mirzə Əmirov isə əməliyyat olunub və mövsümü erkən bitirib. Onların əvəzinə heyətə başqa oyunçular cəlb etməyi düşünürük”. 

 

Qeyd edək ki, futzal üzrə Azərbaycan Yüksək Liqasında III dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər