00:00:00
Yazar
Admin User
07.11.2025 17:57 135 2 dəq oxuma
Mədəniyyət

Azərbaycan dili öz zənginliyi və emosionallığı ilə seçilir

Azərbaycan dili öz zənginliyi və emosionallığı ilə seçilir

"Bu gün Azərbaycan ədəbi dilinin normalarının qorunması, onun təmizliyinin, düzgün, dürüst işlənməyinin təmin olunmasında media önəmli rol oynayır".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhrrəmli deyib.

 

Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə Azərbaycan dilinin mediada işlənməsi müəyyən bir sabitlik içərisindədir:

 

"Əvvəllər kimliyi bilinməyən sayt rəhbərləri, yazı-pozu ilə məşğul olan insanlar, dildən xəbərsiz adamlar –onların əlindən sayt keçirdi ,qəzet keçirdi, bir dil qarşısında mənəvi məsuliyyət yox, hətta dili korlamaqla məşğul olurdular, media mühini də korlayırdılar, amma indi müəyyən bir aydınlıq, müəyyən bir durğunluq var və hesab edirəm ki, indiki şəraitdə prosesin daha da yaxşılaşdırılmasına ehtiyac var. Lakin indiki vəziyyətin özünündə sabit saxlanılması bizim üçün böyük üstünlük olar",-deyə o qeyd edib.

 

Professor dilin saflığının qorunmasından da danışıb:

 

"Bir dilin saflığını qorumaq üçün media qurumunun hansısa tədbir görməyinə, addım atmağına ehtiyac yoxdur. Dilin qaydalarına uyğun yazılsa, ana dilinin normaları gözlənilsə bu dilə böyük xidmətdir. Azərbaycan dilinin qaydalarına uyğun olaraq, dildən fikrin, məlumatın çatdırılması üçün məqsədyönlü şəkildə istifadə edilməlidir".

 

Cənab Prezidentin nitqindən bəhrələnən professor dilin millət və xalq üçün önəmindən də söz açıb:

 

"Əlbəttə, Prezidentin çıxışındakı dil milli kimliyin əsas göstəricisidir ifadəsi bu dilin fəlsəfəsi ilə ,dil bir millətin, bir xalqın ruhunun ifadəsidir kimi fikirlərlə üst-üstə düşür. Bu barədə düşünmək bizim insanların, qələm adamlarının əsas vəzifələrindən biri olmalıdır. Bu sözün açması ondan ibarətdir ki, biz dilimizi hörmətlə yanaşmalı, dilin qayda qanunlarını qorumalı,bu dilin normalarının pozulmasına yol verməməli, yazıda, danışıqda ədəbi dilin normalarına əməl etməliyik. Azərbaycan dili sözün həqiqi mənasında, zəngin dildir. İstər xəbər dili, istər analitik yazılar, araşdırmalar, müsahibələr olsun. Xüsusi ilə, televiziya və radio da şifahi nitqdə Azərbaycan dilinin emosionallığı, onun frozoloji sistemi, onun fikri ifadə eləmək gücü çox aydın şəkildə görünür. 

Dil canlı mexanizmdir, onu daim nəzarət də saxlamalısan ki, o normadan kənara çıxmasın. Bunun üçün peşəkar olmaq, ana dilinin qaydalarını bilmək, dili sevmək, dilə ehtiramla yanaşmaq lazımdır. O zaman biz həm ana dili qarşısında, həm oxucu aditoryasında qarşısında özümüzü xoşbəxt hesab edə bilərik. 

 

"Dil bir xalqın ruhunun göstəricisidir, ona görə də, bu məsələlərə məsuliyyətli, peşəkar yanaşmalıyıq",-deyə o, fikirlərini yekunlaşdırıb.  

 

Mayıl Soltan

Aytən Əhmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər