00:00:00
Yazar
Admin User
08.09.2025 08:28 141 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 1 % artırıb

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 1 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 48,5 milyon ABŞ dolları investisiya qoyub.

 

"İnformator.az" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. Azərbaycan bu ilin I rübündə Gürcüstana 24,9 milyon ABŞ dolları (29,7 % çox), II rübündə isə 23,6 milyon ABŞ dolları (18,1 % az) sərmayə yatırıb. Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (188,8 milyon ABŞ dolları, 3,9 % çox), Türkiyə (81,5 milyon ABŞ dolları, 3,2 % çox) və Çexiya (81,3 milyon ABŞ dolları, 63,9 % çox) olub.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər