00:00:00
Yazar
Admin User
27.11.2025 16:49 112 1 dəq oxuma
İqtisadiyyat

“Azərbaycan ilə Çin arasında ciddi ticarət əlaqələri mövcuddur”

“Azərbaycan ilə Çin arasında ciddi ticarət əlaqələri mövcuddur”

Azərbaycan və Çin arasında maliyyə texnologiyalarının inkişafı müzakirə ediləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir. Məlumata görə, qurumun sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyətinin Çinin maliyyə sektoru üzrə nəzarət qurumları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Çin şirkətləri 30 ildir ki, Azərbaycanda fəaliyyət göstərir:

 

"Azərbaycan ilə Çin arasında ciddi ticarət əlaqələri mövcuddur. Ümumiyyətlə, Çin iş şirkətlərinin Azərbaycana maraq göstərməsinin özü yaxşıdır ki, Çin şirkətləri burda perspektiv görür. Çin istehsal sahəsində dünyanın bir nömrəli ölkəsidir. Dünya istehsalının 25 faizi Çində istehsal olunur. Çin ümudaxili məhsula görə Amerikadan sonra dünyanın ikinci ölkəsidir, amma alıcılıq qabiliyyətinə əsasən hesablanmış müdaxili məhsula görəsə birinci iqtisadiyyatıdır. Çinin çox böyük maliyyə, ticarət, istehsalat, texnologiya gücü var və burda da Azərbaycan şirkətlərinə dəstək, Azərbaycan şirkətləri ilə əməkdaşlıq, Azərbaycan bazarında iştirak Azərbaycan şirkətlərinin həm rəqabət qabiliyyətliyinə müsbət təsir göstərər, həm də ümumi bazarda rəqabəti yaxşılaşdırar".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər