00:00:00
Yazar
Admin User
14.01.2026 16:05 94 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan İsveçdən orqanik gübrə tədarük etməyə başlayıb

Azərbaycan İsveçdən orqanik gübrə tədarük etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 1 min 237 ton heyvan və bitki mənşəli gübrə (orqanik) idxal edib.bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq-7 % azdır.

 

Mövzu ilə bağlı iqtisadiyyatçı Vahid Məhərrəmov “İnformator. az” a açıqlamasında bildirib ki, gübrəni az həcmdə istehsal edirlər və baha bazara çıxardırlar:

 

“Əhali orqanik məhsulun əhəmiyyətini dərk etmir. Düşünürlər ki, ucuz məhsul alsınlar və ailənin tələbatını ödəmək mümkün olsun. Bizim istehsalçılar imkanlı adamlar üçün məhsul istehsal etməlidir. Əgər orqanik məhsul istehsal etmək istəyirlərsə, yalnız alıcılıq qabiliyyəti yüksək əhali üçün nəzərdə tutulmalıdır. İstehsal edib xaricə ixrac etmək olar. Xaricdə hələ də biz özümüzü tanıda bilmirik. Elə ölkələr var ki, orqanik məhsulla özlərini tanıtmağı bacarıblar. Bizim kəndlilər o zaman nailiyyət əldə edəcəklər ki, müəyyən avropa şirkətləri ilə əməkdaşlıq etsinlər və məhsul istehsal edib bazara çıxartmaq haqqında müqavilələri olsun.Orqanik gübrənin torpaq, bitki, ekologiya üçün faydası çox böyükdür.Torpaqda olan faydalı mikrorqanizmlər üçün yaxşı imkan yaradır. Çox təəssüflər olsun ki, qiyməti bahadır. Orqanik gübrələrlə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. İnsanlarda fikir formalaşdırılır ki, orqanizmə faydası daha çoxdur,daha sağlamdır. Torpağa lazım qədər mineral elementlər verilərsə və bitkinin imun sistemi möhkəm olarsa, zərərvericilərə qarşı möhkəm olur. Bitkinin mineral gübrələrə ehtiyacı var, amma pestisidlərə ehtiyacı yoxdur. Fermer, kəndli məcbur qalır xəstəliyə, zərərvericilərə qarşı pestisidlərdən istifadə edir. Alternativ vasitələr var , lakin baha başa gəlir. Kənd təsərüfatı ilə məşğul olan insan bu sahədə müəyyən biliklərə sahib olmalıdır ki, götürdüyü məhsul qənaətbəxş olsun. Torpaqda lazım qədər element yoxdursa, bitkinin kökü qida axtarışında olur və yaxşı inkişaf edə bilmir. Belə hallarda məhsuldarlıq və məhsulun keyfiyyəti ilə bağlı problemlər olur. İqlim dəyişməsi məhsuldarlığa müsbət təsir göstərir. Azərbaycanda gübrə istehsalı az həcmdədir. Bəzi gübrələr var ki, saxtadır və bele gübrələrin mənfi təsiri çox güclüdür. Belə hallarda bu cür gübrələrdən istifadə faydasız olur və kəndlilər məhsul əldə edə bilmir”.

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər