Azərbaycan İtaliyaya neft ixracını 46 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 9 milyon 589 min 365,7 ton xam neft ixrac edib.
"İnformator.az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 992 milyon 915,19 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 45,8 %, dəyəri isə 19,9 % artıb.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı56,42 % olub.
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,59 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
