00:00:00
Yazar
Admin User
10.12.2025 17:05 98 1 dəq oxuma
Sosial

Azərbaycan kinosu inkişaf edirmi?

Azərbaycan kinosu inkişaf edirmi?

Azərbaycan kinosu son illərdə həm əldə etdiyi uğurlarla, həm də qarşılaşdığı çətinliklərlə diqqət mərkəzindədir.  

 

 

Kinoşünas Aygün Aslanlı mövzu ilə bağlı "İnformator.az"a məlumat verib. O bildirib ki, ümumi olaraq Azərbaycan filmlərinə tamaşaçı marağı mövcuddur:

 

"2020-ci ildən sonra Azərbaycanda kino sahəsində ümumi bir geriləmə müşahidə olunub. Xüsusilə bədii və tammetrajlı filmlərin istehsalı kəskin şəkildə azalıb, demək olar ki, bu sahədə fəaliyyət yox dərəcəsindədir. Hazırda əsasən müstəqil rejissorlar çalışırlar, festivallarda iştirak edirlər və mükafatlar da qazanırlar. Bu, müsbət haldır. Lakin kino sahəsi sistemli maliyyələşmədən çox asılıdır. Pul olmadıqda kino çəkmək mümkün deyil, çünki bu sahə ciddi maliyyə vəsaiti tələb edir. Kino Fondu öz fəalliyyətini yerinə yetirməyə çalışır. Kinoqrafiya Agentliyi hələlik formalaşma mərhələsindədir və öz iş sistemini qurmağa çalışır. Görünən odur ki, qurum zamanla fəaliyyətini daha da sistemləşdirə və aktivləşdirə bilər. Texniki baza və avadanlıqla bağlı əvvəlki illərlə müqayisədə çox ciddi narazılıqlar eşidilmir. Bu da müəyyən dərəcədə irəliləyişin göstəricisidir. Kino təhsili sahəsində isə vəziyyət hələ də müasir tələblərə tam cavab vermir. Azərbaycan filmlərinə tamaşaçı marağı ümumilikdə mövcuddur. Yaxşı və keyfiyyətli filmlər təqdim olunanda insanlar baxır və bu da sevindirici haldır".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər