00:00:00
Yazar
Admin User
27.01.2026 16:32 59 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan meyvə-tərəvəz ixracından 900 milyon dollar qazanıb

Azərbaycan meyvə-tərəvəz ixracından 900 milyon dollar qazanıb

Ötən il Azərbaycandan 900 milyon 973,95 min ABŞ dolları dəyərində 845 min 559,93 ton meyvə və tərəvəz ixrac edilib.


"İnformator.az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 27,3 %, həcmi isə 23,2 % artıb.

 

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,64 % təşkil edir.


2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin göstəricisinə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər