00:00:00
Yazar
Admin User
01.12.2025 08:49 86 1 dəq oxuma
Sosial

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur.

 

“İnformator.az” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton-2025” müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, nazirlik ali təhsil müəssisələrində İT sahəli ixtisasların artırılmasına xüsusi diqqət yetirir:

 

“Azərbaycanın aparıcı universitetlərində bu ixtisasa artıq böyük maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı ölkənin iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq. Mühüm məsələ 2000-2022-ci illər strategiyasına əsasən çox sayda məktəblərimizin internet və kompüterlə təmin edilmədir. Bu gün Azərbaycan məktəblərində kompüter, internet problemi yoxdur. Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı bu da bizə böyük kömək edir”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər