00:00:00
Yazar
Admin User
04.02.2026 15:30 70 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Mərakeş iqtisadi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Mərakeş iqtisadi əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Mərakeşin iqtisadiyyat və maliyyə naziri Nadia Fəttah Alaui ilə görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi və maliyyə sahələrində mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Mərakeşlə Azərbaycan arasında ilk ağla gələn əməkdaşlığın genişləndirilməsi məsələsi turizm ola bilər:

 

"Çünki Mərakeşin də Azərbaycanın da turizm potensialı var. Bundan istifadə etmək lazımdır. Digər sahə enerji sahəsidir. Mərakeşin özünün enerji daşıyıcıları yataqları var. Bu yataqların işlənməsi ilə bağlı bunların təcrübəsi və investisiyası yoxdur. SOCAR zatən xarici investisiyalara böyük önəm verən bir şirkətdir. Bir çox ölkələrdə artıq investisiyaları var. Və Mərakeşdə də bu investisiyalar ola bilər. Amma daha çox kənd təsərrüfatı, enerji sektoru və turizmi önə çəkmək olar və bu da Azərbaycanın Afrika ilə zəif münasibətlərinin olduğunu nəzərə alsaq, Afrika qitəsi ilə Mərakeş üzərindən və yaxud Mərakeşdən başlayaraq daha çox əlaqələrin qurulmasına imkanlar və fürsətlər yaratmaq olar".

 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər