00:00:00
Yazar
Admin User
19.09.2025 09:11 130 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin sığortalanması üçün açıq tender elan edib.

 

"İnformator.az" xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

 

İddiaçılar təkliflərini oktyabrın 7-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər. Təkliflərə oktyabrın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi "PAŞA Sığorta" ASC olub. Şirkətə 209,9 min manat ödənilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər