Azərbaycan musiqisinin incisi Şövkət Ələkbərovanın doğum günüdür
Bu gün Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür. Zərif səsi, duyğulu ifası və səhnə mədəniyyəti ilə tanınan sənətkar milli musiqimizin inkişafında mühüm rol oynayıb.
Şövkət Fəxrəddin qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən sənətkar Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Onun səsi və ifa tərzi qısa zamanda dinləyicilərin sevgisini qazanıb.
Şövkət Ələkbərova Azərbaycan musiqisinin qızıl fonduna düşən bir çox mahnıları ifa edib. “Sənsiz”, “Qara gözlər”, “Qəmərim”, “Səadət” kimi əsərlər onun ifasında dinləyicilərin yaddaşına həkk olunub.
1950-ci illərdən etibarən o, Azərbaycan radiosunun solisti kimi fəaliyyət göstərib. Sənətkar müxtəlif ölkələrdə çıxış edərək xalq musiqimizi dünyaya tanıdıb. Şövkət Ələkbərova səhnədə sadəcə müğənni deyil, həm də Azərbaycan qadınının zərifliyini və mədəniyyətini təmsil edən bir sima olub.
Görkəmli sənətkar yaradıcılığı dövründə bir çox ali mükafatlara layiq görülüb. O, Azərbaycan SSR-in Əməkdar artisti (1943), Azərbaycan SSR-in Xalq artisti (1959) fəxri adları ilə təltif edilib. Bundan əlavə, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri, müxtəlif medallar və fəxri fərmanlarla mükafatlandırılıb.
Qeyd edək ki,Şövkət Ələkbərova isə Azərbaycan xalq və estrada musiqisinin unudulmaz səsidir.
Bu gün də onun lent yazıları dinləyiciləri keçmişin musiqi dünyasına aparır. Şövkət Ələkbərova milli musiqimizin qızıl səhifəsində əbədi yaşayacaq.
Ədilə Hüseynzadə
