00:00:00
Yazar
Admin User
03.02.2026 16:41 52 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, “Azeri Light” nefti ayrıca bazarda qiyməti müəyyənləşdirilmir:

 

“Azərbaycan üçün əhəmiyyətli olan trendlərdir, yəni aylıq, rüblük, 6 aylıq və 1 illik trendlərdir. Hələlik il başlayandan Azərbaycan neftinin qiyməti dünya brijalarında brend markalı neftə paralel olaraq 65-70 dollar arasında gedib-gəlir. Bu o qədər də pis deyil. Azərbaycan üçün sərfəlidir, amma bu il qiymətlərin daha ucuz olması ehtimalı kifayət qədər böyükdür. Bir çox hallar, geosiyasi risklər təsir edir qiymətlərə. İran, Venesuela ətrafında olan münasibətlər, ABŞ-Çin gərginlikləri təsir edir neftin qiymətlərinə. Bu gərginliklər müəyyən qədər soyuduqda neftin qiymətinin aşağı düşməsi gözləniləndir”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər